Ən çox milyarderin yaşadığı 10 ölkəbackend

Ən çox milyarderin yaşadığı 10 ölkə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada ən çox zəngin insanın yaşadığı ölkələr müəyyənləşib.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki,ABŞ hər kvadratmetrində yaşayan zəngin insanlara görə şəksiz liderdir. Ölkədə yaşayan zənginlərin sayına görə ABŞ yeni rekordla Çin və Hindistanı aşkar şəkildə üstələyib.

ABŞ

Fürsətlər ölkəsi adlandırılan ABŞ, 813 milyarderlə dünyanın ən çox zəngin adamlarının yaşadığı ölkədir. Yeni rekord müəyyənləşdirən ABŞ-da yaşayan zənginlərin ümumi sərvəti 5,7 trilyon dollara çatıb. Onlar sərvətlərini keçən illə müqayisədə 1,2 trilyon dollar artırıb ki, bunun da 195 milyardı “Tesla”nın sahibi İlon Maskın payına düşüb.

Çin

Asiya nəhəngi milyarderlərin sayına görə ABŞ-a yaxınlaşa bilməz. Üstəlik, son bir ildə ölkədə zənginlərin sayı 495-dən 406-ya düşüb. Onların hamısının ümumi sərvəti 1,3 milyard dollardır. Geriləməyə əsas səbəb daşınmaz əmlak sektorunun və birja qiymətlərinin düşməsi göstərilir. Çinin ən zəngin adamı 62,3 milyard dollarla “Nongfu Spring” içki şirkətinin və “Wantai” Bioloji Əczaçılıq Müəssisəsinin prezidenti Zonq Şanşandır.

Hindistan

Dünyada ən çox əhali yaşayan ölkə 25-i yeni gələnlər olmaqla cəmi 200 milyarderlə öz rekordunu yeniləyərək üçüncü yerdə qərarlaşıb. Ölkədə varlıların ümumi sərvəti 954,000 milyard dollar təşkil edir ki, bu da keçən ilki rəqəmdən (675,000 milyard dollar) 40% çoxdur. Ölkənin ən zəngini 116 milyard dollarla “Reliance Industries”in prezidenti və ən böyük səhmdarı Mukeş Ambanidir.

Almaniya

Almaniya siyahıda yer alan ilk Avropa ölkəsidir. Burada 132 milyarder yaşayır. Bu da keçən il qeydə alınan 126 milyarderə yenilərinin əlavə olunması anlamına gəlir. Onların ümumi sərvəti 644 milyard dollardır ki, bu da bir il əvvəlkindən 59 milyard çoxdur. Ən varlı şəxs 39,2 milyard dollarla “Kühne +Nagel” nəqliyyat şirkətinin sahibi Klaus-Maykl Kühnedir.

Rusiya

Ukraynadakı müharibə Rusiyadakı varlıların sərvətinin artmasına təsir etməyib. Ölkədə ümumilikdə 120 milyarder var ki, bu da sanksiyalara baxmayaraq, keçən illə müqayisədə on beş, 2022-ci ildən isə 37 nəfər çoxdur. Onun ümumi sərvəti 537 milyard dollar təşkil edir ki, bu da 2022-ci ildə Rusiyanın qonşu ölkəni işğal etməyə başladığı vaxtdan iki dəfə artıqdır.

İtaliya

Siyahıda ikinci Avropa ölkəsi olan İtaliyada 73 milyarder yaşayır. Bu da ötən illə müqayisədə doqquz nəfər çoxdur. Onların ümumi sərvəti 2023-cü ildə 216 milyard idisə, hazırda bu rəqəm 302-yə çatıb. Ən varlı şəxs “Kinder”, “Ferrero Roche” şokoladları və ya şokolad kremi “Nutella” ilə tanınan “Ferrero SpA” qənnadı fabrikinin sahibi Covanni Ferrerodur. Onun sərvəti 43,8 milyard dollar təşkil edir.

Braziliya

Siyahıya daxil olan ilk Cənubi Amerika ölkəsi ötən il 51 milyarderə ev sahibliyi edib. Bu il isə onların sayı 69-a çatıb. Onların ümumi xalis sərvəti 231 milyard dollardır. Bu rəqəm keçən il 160 milyard dollar təşkil edib. Ən varlı şəxs isə 28 milyard dollar sərvəti ilə “Facebook”un iki faizinin sahibi Eduardo Saverindir.

Kanada

Castin Trüdonun təxminən on ildir idarə etdiyi ölkədə keçən il 63 milyarder var idi. Hazırda isə Kanadada ümumilikdə 67 milyarder var. Onların hamısının ümumi sərvəti 2023-cü ildə 245 milyard dollar idisə, hazırda bu rəqəm 315 -ə çatıb. Kanadanın ən varlı milyarderi “Thompson Reuters” media imperiyasının varisləri olan Devid Tomson və onun ailəsidir. Onların sərvəti 67,8 milyard dollar təşkil edir.

Honq Konq

Asiyanın əsas maliyyə mərkəzində cəmi 67 milyarder var ki, bu da keçən ilkindən bir nəfər çoxdur. Baxmayaraq ki, onların ümumi sərvəti 330 milyard dollardır. Bu isə Honq Konqdan sonra gələn üç ölkənin milyarderlərinin ümumi sərvətindən çoxdur. Baxmayaraq ki, ötən illə müqayisədə 20 milyard azalma müşahidə edilib. Sərvət baxımından burada podiumun ilk pilləsində “Cheung Kong” biznes holdinqinin prezidenti və baş direktoru Li Ka-Finq və 37,3 milyard dollar sərvətə malik Hatçinson Vampoa yer alıb.

İngiltərə

London xarici sərvətlərin Avropadakı əsas məkanıdır. Böyük Britaniyanın paytaxtında cəmi 55 milyarder cəmləşib ki, bu da 2022-ci ildəkindən üç nəfər çoxdur. Onlar birlikdə 225.000 milyar dollar xalis sərvətə malikdirlər. Ən varlı, “investisiya titanı”, Avropanın üçüncü ən böyük hedcinq fondu şirkəti olan “BlueCrest Capital Management”in həmtəsisçisi və direktoru Maykl Edvard Plattdır.