Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “916” Çağrı Mərkəzinə 2025-ci ilin aprel, may və iyun ayları ərzində ümumilikdə 3377 zəng daxil olmuşdur.
Zənglərin aylar, müvafiq vaxtlar, əhali qrupları, məzmun və qurumlar üzrə rüblük statistikası Ombudsmanın rəsmi internet səhifəsində ətraflı şəkildə təqdim edilib.
NOCOMMENT.az ajans.az-a istinadən xəbər verir ki, daxil olan zənglərin əhali qruplarına görə, ən çox yeri istehlakçı, ən azını isə, ahıl qrupları yer alır. Həmçinin, siyahıda yer alan dövlət qurumları arasında Ədliyyə Nazirliyi (596), Azərbaycan Dəmir Yolları QSC (30), Bələdiyyələr(70), Baş Prokurorluq(186), Kənd Təsərrüfatı nazirliyi( 7) və digərlərinin adları göstərilib.
Daxil olan zənglər arasında məzmun cəhətdən kommunal problemlər birinci yerdə, cinsi zorakılıq isə sonda qərar alıb.