Ən çox udan tərəf Ermənistandır – Putinbackend

Ən çox udan tərəf Ermənistandır – Putin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq çox uğurla inkişaf edir, Rusiya assosiasiyanın bütün üzv ölkələri ilə qarşılıqlı əlaqəni yüksək qiymətləndirir və münasibətləri tərəfdaşlıq prinsipləri əsasında qurur.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Aİİ ölkələri liderlərinin bugünkü toplantısında deyib.

Qazaxıstan Prezidenti Tokayevin sözlərinə istinad edən Rusiya lideri Aİİ-də əsas benefisiarın Ermənistan olduğunu bildirib:

“Çünki Ermənistan ən yüksək iqtisadi artım tempinə malikdir”.

Ermənistan Baş naziri Paşinyan Putinin sualını cavablandırarkən bildirib ki, ölkədə ÜDM artımı 12,1% təşkil edir.

“Bu, çox ciddi rəqəmdir, çox ciddidir”, – deyə Putin Paşinyana bildirib.