Ən pis proqnozlar doğrulur – Nikolun “sürpriz” gedişibackend

Ən pis proqnozlar doğrulur – Nikolun “sürpriz” gedişi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AB-nin Ermənistandakı missiyasının fəaliyyətə başlamasından üç gün belə keçməmiş, ən neqativ proqnozlar özünü doğrultmağa başladı.

NOCOMMENT Axar.az-a istinadla xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov deyib.

“Proqnozlar isə sadə dillə desək belə idi: Sülh müqaviləsi olduğu halda AB-nin missiyası konstruktivdir, çünki Azərbaycanın Ermənistana təcavüz etməməsinə zəmanət verir. Sülh müqaviləsi olmadığı halda AB-nin Ermənistandakı missiyasından İrəvan rəhbərliyi əlavə təminat kimi istifadə edir və missiya Qarabağ məsələsində daha da fəallaşa bilər. Sərhədin bütün perimetri boyu erməni təxribatı, İrəvanın missiyadan Bakıya qarşı qalxan kimi istifadə edəcəyini göstərir. Ermənistanın Laçın yolunda keçid məntəqəsi ideyasından imtina etməsi isə onun Qarabağ məsələsində daha da fəallaşmasına işarədir. Beynəlxalq Ədalət Məhkəməsinin hökmü bu fikri daha da gücləndirəcək”, – o bildirib.

Politoloq qeyd edib ki, Mirzoyanın bu bəyanatı Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryanın “Qisas” əməliyyatından əvvəl Azərbaycanın Laçından geri çəkilmək təklifinin qeyri-legitim olması ilə bağlı bəyanatına bənzəyir:

“Burada əsas məqam odur ki, Ermənistan “bunu bizə məcbur et!” yolu ilə getməyə davam edir. İrəvan anlamır ki, Bakı Laçın yolunda birtərəfli qaydada nəzarət-buraxılış məntəqəsinin açılması ilə bağlı addımlar atsa, eyni addımların Zəngəzur dəhlizi ilə bağlı atılmayacağının təminatını heç kim verməyəcək. Azərbaycan ikitərəfli əsasda danışıqlar aparmağı və vasitəçiləri fakt qarşısında qoymağı təklif edir! Bakı İrəvana həm Moskvaya, həm də Brüssel və Vaşinqtona münasibətdə daha subyektiv olmağı təklif edir. Axı Paşinyanın ABŞ tərəfindən təzyiqə məruz qalma təcrübəsi var (İrəvanda Boltonu və ya Rikourun Paşinyanla son görüşünü xatırlayın)”.

Məmmədovun fikrincə, Lavrovun Bakıya səfəri bu kontekstdə böyük əhəmiyyət kəsb edəcək:

“Mövzular çoxdur, hamısı işlənib hazırlanıb, hətta Lavrov kimi təcrübəli diplomat üçün də manevr imkanı azdır.

Bu gün “Vardanyan layihəsi” ilə bağlı da aydınlıq gözlənilir. ABŞ Dövlət Katibliyinin yanında təklif edilən keçid məntəqəsindən imtina edildi. Beynəlxalq Ədalət Məhkəməsinin qərarı və Ermənistan XİN-in şərhindən sonra Paşinyanın Araikə Vardanyanın “istefaya” göndərilməsi tələbində mövqeyi dəyişə bilər. Görək, Paşinyanın gözlənilməz siyasəti Ermənistanı hara aparacaq.

Bizim tərəfdən isə avropalılara və amerikalılara Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə bağlı aydın mesajlar verilməlidir”.