Ən populyar planşetlər bunlardırbackend

Ən populyar planşetlər bunlardır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lenovo, Xiaomi , Teclast cihazları rusların 2024-cü ildə aldığı ən populyar planşetlər seçilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Lenta.ru redaktorlarına daxil olan AliExpress CIS-in press-relizində deyilir.

Reytinqdə şəksiz lider 90 hers tezliyə malik 11 düymlük ekrana, tam metal korpusa və 7040 milliamper-saat tutumlu akkumulyatora malik Lenovo XiaoXin Pad Pro olub. Cihaz 17600 rubla satılıb. İkinci yeri Xiaomi Redmi Pad SE, üçüncü yeri isə Teclast T65 Max 13 tutub.

Siyahıya həmçinin Blackview MEGA 1, Blackview Tab 16, Xiaomi Poco Pad, Teclast P85T, Xiaomi MI Pad 6, Teclast T60 və Lenovo Legion Y700 daxildir. AliExpress MDB analitikləri vurğulayıblar ki, Lenovo, Xiaomi, Teclast, Blackview və Poco qadcetləri satış həcminə görə Rusiya planşet bazarının liderləri sayıla bilər.

2024-cü ilin dördüncü rübündə ən çox satılan modellər Xiaomi Redmi Pad SE, Lenovo Xiaoxin Pad, POCO Pad, Teclast T50 Plus və Teclast P85T olub. Eyni dövr ərzində satış dövriyyəsinə görə Xiaomi Redmi Pad SE, Lenovo Xiaoxin Pad və POCO Pad liderlər olub.

Dekabrın sonunda AliExpress MDB analitikləri ruslar arasında ən populyar Yeni il bəzəklərini sadaladılar . Hesabatda göstərilir ki, istehlakçılar klassik yolka topları əvəzinə daha çox qeyri-adi oyuncaqlar və miniatür yolkalar alırdılar.