Ən zənginlər hansı sahələrdə işləyir? – Araşdırmabackend

Ən zənginlər hansı sahələrdə işləyir? – Araşdırma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il “Forbes” jurnalının dərc etdiyi “Dünya milyarderlərinin siyahısı”da texnologiya şirkətlərinin sahibləri ön pillədə qərarlaşıblar.

NOCOMMENT.az AZƏRTAC -a istinadən xəbər verir ki,siyahıya Fransanın “Louis Vuitton Moet Hennessy” holdinqinin (LVMH) baş icraçı direktoru Bernard Arno 233 milyard dollarlıq sərvəti ilə ikinci dəfədir ki, başçılıq edir.

Əvvəlki illərdə olduğu kimi bu dəfə də texnologiya sektorunda fəaliyyət göstərən iş adamları siyahıda öz mövqelərini tutmağı bacarıb. “Tesla”, “SpaceX2, “Neuralink” və “X” kimi dünyanın məşhur texnologiya şirkətlərinin sahibi İlon Mask 195 milyard dollarlıq sərvətlə siyahıda ikinci olub. Ötən il də Mask 180 milyard dollarlıq sərvəti ilə siyahıda ikinci yeri tutmuşdu.

Üçüncü yerdə “Amazon” e-ticarət platformasının yaradıcısı Ceff Bezos qərarlaşıb. Xüsusilə COVID-19 pandemiyasının başlaması ilə yüksələn Bezos 2020-ci ildə 113 milyard dollarlıq sərvətini bir il sonra 177 milyard dollara çatdırmışdı. 2022-ci ildə 171 milyard dollar sərvətə sahib olan Ceff Bezos 2023-cü ildə 114 milyard dollara enmişdi. “Amazon”nun sahibi builki siyahıda yenidən yüksəlib və 194 milyard dollar sərvətə sahib olmağı bacarıb.

Mark Zukerberq isə sərvətini üç dəfə artıraraq 4-cü yerdə qərarlaşıb. Vatsap, instaqram və feysbuk kimi dünyanın ən məşhur sosial media platformalarının daxil olduğu “Meta” şirkətinin baş direktoru Zukerberq bu ilin siyahısında sərvətlərini ən çox artıran iş adamlarından biri kimi diqqət çəkib.

“Forbes”in ötənilki siyahısında 64,4 milyard dollar sərvəti ilə 16-cı yerdə olan Zukerberq bu il sərvətini 177 milyard dollara çatdıraraq siyahıda 4-cü yerə yüksəlib.

“Oracle” şirkətinin qurucusu və baş direktoru Larri Ellison 5-ci olub. Bundan başqa, ilk onluqda “Microsoft”un qurucusu Bill Qeyts, “Microsoft”un keçmiş baş direktoru Stiv Balmer və “Google” şirkətinin həmtəsisçisi Larri Peyc qərarlaşıb.

“TikTok” tətbiqinin sahibi, “ByteDance” şirkətinin qurucusu Zhang Yiming siyahının ilk “onluğ”unda qərarlaşa bilməyib.“Forbes” in araşdırmasına görə, Zhang Yiminq 43,4 milyard dollarlıq sərvətə malikdir. Bununla da siyahıda 27-ci yerdə qərarlaşıb.