Ənənəvi təhsil ləğv edilir? – Rektordan AÇIQLAMAbackend

Ənənəvi təhsil ləğv edilir? – Rektordan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“COVİD19-la bağlı pandemiya bütün sahələrdə olduğu kimi, təhsilin də gələcəyilə bağlı həm güclü narahatlıqlar, həm də də çox ciddi ümidlər yaradır”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov deyib. Onun sözlərinə görə, reallıq ondan ibarətdir ki, dünənki təhsil hazırkı şəraitdə səmərəsiz, hətta mümkünsüz olduğundan demək olar ki, artıq yoxdur:

“Sabahkı təhsil isə hələ yoxdur. Bu gün real görünən və tətbiq oluna bilən (tətbiq edilən!) ancaq distant təhsildir. Bu günün təhsilinin sabahın təhsilinə çevriləcəyi yoxsa yenidən dünənin təhsili ilə əvəz ediləcəyi hələ də hamını düşündürür. Dünənin “ənənəvi” təhsili, yoxsa “sabah”ın distant təhsili?

Fikrimizcə, hər şey təhsilin gələcəyinə baxışlardan və hansı təhsil formasının öz üstünlüyünü sübut edə bilməsindən asılı olacaqdır. Hələ də davam edən pandemiya distant təhsilin bu günü və gələcəyinə daha optimist baxışı şərtləndirir.

Təhsilin davamlılığının təmin edilməsi və hətta ənənəvi təhsilin təşkil edilməsinin mümkünsüzlüyü baxımından da distant təhsil hələ də alternativsiz görünür. Fikrimizcə, əsas məsələ təhsil qarşısında duran vəzifələrin daha səmərəli yerinə yetirilməsi məqsədilə distant təhsilin mümkün potensialının reallaşdırılması üçün zəruri şəraitin yaradılmasıdır.

Həm də, təhsilin rəqəmsallaşan dünyaya uyğunlaşması zərurəti də yeni təhsil modellərini tələb edir. Bu isə ənənəvi təhsilin ləğv edilməsi deyil, distant təhsilin bərabərhüquqlu təhsil forması kimi tətbiq edilməsi deməkdir”.