ƏNƏNƏYƏ SADİQLİK: Dünən təmir olunan yol, bu gün qazıldıbackend

ƏNƏNƏYƏ SADİQLİK: Dünən təmir olunan yol, bu gün qazıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda iki gün əvvəl təmir olunan Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində bu gün yenidən qazıntı başlanıb.

NOCOMMENT xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə jurnalist Pərviz Musayev fotolar paylaşıb. Görüntülərdən də yenicə təmir olunaraq rənglənən yolun bir zolağında təmir işlərinin aparıldığı aydın olur.

Məsələ ilə bağlı qafqazinfo Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlayıb. Agentliyin mətbuat katibi Anar Nəcəfli bildirib ki, sözügedən ərazidə yolun altından keçən elektrik xəttində qəza baş verib: “Təəssüf ki, küçənin yan yolunda hərəkət hissəsinin qazılması məcburiyyəti yaranıb. Hazırda aidiyyəti qurum tərəfindən qəza aradan qaldırılır”.

Qeyd edək ki, oktyabrın 5-də bu ilin İnvestisiya Proqramına uyğun olaraq, Nəsimi rayonu ərazisində Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan 565 metr uzunluğa malik hissəsində aparılan yenidənqurma işləri yekunlaşmışdı. Yəni yeni yol cəmi bir gün işləyib…