Energetika Nazirliyi qanvermə aksiyasına qoşulubbackend

Energetika Nazirliyi qanvermə aksiyasına qoşulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi də qoşulub.

Nazirlikdən NOCOMMENT.az-a verilən məlumata görə, bu gün Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları Milli Hematologiya və Transfuziologiya Mərkəzində qanvermə aksiyasında iştirak ediblər.