Engin Özer: Paşinyan Zəngəzur dəhlizinin açılmasını elan edəcəkbackend

Engin Özer: Paşinyan Zəngəzur dəhlizinin açılmasını elan edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan rəhbərliyi anlayır ki, Zəngəzur dəhlizi olmadan Ermənistanın Türkiyə, Azərbaycan, Qərb və Çinlə heç bir iqtisadi əlaqə olmayacaq”.

NOCOMMENT xəbər verir ki, bu sözləri türkiyəli politoloq Engin Özer oxu.az-a açıqlamasında bildirib.

“Düşünürəm ki, Nikol Paşinyana ultranasionalistləri nəzarətə götürmək üçün bir az daha vaxt lazımdır. Sonra Zəngəzur dəhlizinin açılması ilə bağlı elan olacaq”.

O bildirib ki, digər məsələ Rusiya faktorudur: “Rusiya bu nəqliyyat dəhlizinin açılmasında nə dərəcədə maraqlıdır və Moskva Ermənistana necə təsir edə bilər?”

Türkiyəli politoloq vurğulayıb ki, Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir: “Nikol Paşinyan sənədə öz imzasını çəkib, bu da o deməkdir ki, kommunikasiyalar açılacaq. Nə zaman olacağı isə başqa sualdır. Hesab edirəm ki, məsələnin praktiki həlli il yarımdan sonra başlayacaq”.