Ənnahda Hərəkatının lideri Rəşid əl-Qannuşi həbs edildibackend

Ənnahda Hərəkatının lideri Rəşid əl-Qannuşi həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 17-də Tunisdə saxlanılan Ənnahda Hərəkatının lideri Rəşid əl-Qannuşi həbs edilib.

NOCOMMENT xəbər verir ki, Tunisdə Ennahda Hərəkatının lideri və parlamentin keçmiş sədri Rəşid əl-Qannuşi  həbs edilib.

Aprelin 17-də iftar vaxtı təhlükəsizlik qüvvələrinin evinə basqın etməsindən sonra saxlanılan Qannuşi prokurorluqda 48 saatlıq sorğu-sualdan sonra dünən axşam saatlarında köçürüldüyü Tunis Birinci İnstansiya Məhkəməsi tərəfindən həbs edilib.

Ənnahda Hərəkatının üzvü vəkil Həbib Bin Sidhum sosial media hesabından verdiyi açıqlamada Qannuşini müşayiət edən daha 11 nəfərin istintaq faylına daxil edildiyini və istintaqın “dövlət təhlükəsizliyinə qarşı sui-qəsd” faylı çərçivəsində olduğunu bildirib.

Qannuşi ilə birlikdə saxlanılan Ənnahda Hərəkatının liderləri Muhammed əl-Kumani və Bilkasim Həsən və digər 6 Ənnahda Hərəkatı üzvünün də eyni məhkəmədə mühakimə olunacağına qərar verilib.