Yəmənli husilərdən “Ənsar Allah” üsyançı hərəkatı ilk dəfə İsrail Ordusunun Baş Qərargahına dronlarla hücum edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə hərbi nümayəndə Yahya Sariya Al Masirah telekanalında bildirib.
Onun sözlərinə görə, hücuma Ben-Qurion hava limanı, Aşdod dəniz limanı və Tel-Əvivdəki elektrik stansiyası da məruz qalıb.