Epidemiya 26 ölkəyə yayılıb, ölənlərin sayı günü-gündən artırbackend

Epidemiya 26 ölkəyə yayılıb, ölənlərin sayı günü-gündən artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Korona bitmədən vəba kabusu başladı

NOCOMMENT xəbər verir ki, dünya 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusla mübarizəni davam etdirərkən, Malavidə 1002 nəfərin ölümünə səbəb olan vəba epidemiyası davam edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2017-ci ildən 2021-ci ilə qədər dünyada vəbaya yoluxan ölkələrin sayı 20-dən az olduğu halda, yalnız 2022-ci ildə vəba epidemiyası 26 ölkədə müşahidə olunub.

Malavidə vəba epidemiyası nəticəsində ölənlərin sayı sürətlə artır. Malavi Səhiyyə Nazirliyinin məlumatına görə, 2022-ci ilin mart ayında başlayan vəba epidemiyasında son 24 saatda 12 nəfər ölüb, 626 yeni hadisə aşkarlanıb.