“Epidemiya bitdi” qanun layihəsi qəbul edildibackend

“Epidemiya bitdi” qanun layihəsi qəbul edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Nümayəndələr Palatasında koronavirus epidemiyası ilə elan edilən “milli fövqəladə vəziyyət”in sona çatmasını nəzərdə tutan “Pandemiyadan kənar” adlı qanun layihəsi qəbul edilib.

NOCOMMENT xəbər verir ki, ABŞ Nümayəndələr Palatasında, Kovid-19 epidemiyası ilə əlaqədar elan edilmiş “milli fövqəladə vəziyyət”in dərhal sona çatmasını nəzərdə tutan “Epidemiyadan kənar” adlı qanun layihəsi qəbul edildi.

Respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasında qanunvericilər, COVID-19 epidemiyası səbəbiylə Donald Trampın prezident olduğu 2020-ci ildə elan edilmiş “ictimai sağlamlıqla bağlı fövqəladə vəziyyət”ə dərhal son qoyacaq qanun layihəsinə səs verdilər.

“Epidemiya bitdi” başlıqlı qanun layihəsi 210 “xeyr” səsinə qarşı 220 “hə” səsi ilə qəbul edilib.

Sözügedən qanun layihəsinin demokratların çoxluq təşkil etdiyi Senatdan keçəcəyi gözlənilmir. Bununla belə, o, Senatdan keçərsə, Bayden qanun layihəsinə veto qoyacağını açıqlayıb.