Epşteyn dosyesi və Azərbaycan: Qaranlıq bağlantılar, susqun adlar… – ŞOK DETALLAR ÜZƏ ÇIXIRbackend

Epşteyn dosyesi və Azərbaycan: Qaranlıq bağlantılar, susqun adlar… – ŞOK DETALLAR ÜZƏ ÇIXIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ceffri Epşteyn (Jeffrey Epstein) qalmaqalı artıq çoxdan təkcə ABŞ-nin problemi deyil. Bu dosye dünyanın siyasi və iqtisadi elitasının qaranlıq tərəfini üzə çıxaran güzgüyə çevrilib. Açılan sənədlər göstərdi ki, Epşteyn sadəcə cinayətkar yox, nüfuzlu şəxslərin ətrafında formalaşmış böyük bir şəbəkənin mərkəzində olub.

Bu şəbəkə haralara qədər uzanıb?

Bu sualın cavabı axtarılanda Azərbaycan da diqqət mərkəzinə düşür.

Son illərdə açıqlanan sənədlərdə, yazışmalarda və əlaqə siyahılarında “Bakı”, “Azərbaycan”, “Qafqaz” kimi ifadələr tez-tez görünür. Birbaşa ittiham yoxdur. Birbaşa sübut yoxdur. Amma izlər var. Kölgələr var. Sual doğuran detallar var.

Və məhz bu detallar üzərindən müəyyən adlar ortaya çıxır.

İlk növbədə keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun adı hallanır. Media yazır ki, Epşteyn-in ətrafı ilə bağlı bəzi yazışmalarda Bakı ilə əlaqələr fonunda onun adı dolayı şəkildə keçir. Açıq ittiham yoxdur. Amma adı çəkilir. Və bu, cəmiyyətdə suallar yaradır.

Digər diqqətçəkən ad fövqəladə hallar naziri Kamaləddin Heydərov və oğlu Taleh Heydərovdur. Xüsusilə beynəlxalq tədbirlər, yüksək səviyyəli görüşlər və xarici əlaqələr fonunda onların adı bəzi sənədlərlə əlaqələndirilir. Epşteynin yaxın çevrəsi ilə bağlı yazışmalarda Bakının mərkəz kimi görünməsi bu iddiaları daha da gücləndirir.

Araşdırmalarda Milli Məclisin deputatı Jalə Əliyevanın adı da hallanır. Bəzi sənədlərdə beynəlxalq tədbirlər və əlaqə siyahıları fonunda onun adının keçdiyi bildirilir. Yenə də açıq ittiham yoxdur. Amma adın görünməsi özü suallar doğurur.

Ziya MəmmədovKeçmiş nəqliyyat naziri Ziya Məmmədov da bu siyahıdan kənarda qalmır. Böyük infrastruktur layihələri, beynəlxalq maliyyə əlaqələri və xarici tərəfdaşlarla işlər fonunda onun adı Epşteynin şəbəkəsi ilə kəsişən kontekstlərdə çəkilir.

Beləliklə, ortaya eyni mənzərə çıxır: Açıq ittiham yoxdur. Amma eyni adlar təkrar-təkrar gündəmə gəlir. Eyni şəxslər müxtəlif sənədlərin kölgəsində görünür. Bu artıq təsadüf deyil. Bu, cavab tələb edən vəziyyətdir.

Cəmiyyətin haqqı var bilsin: Kim kiminlə görüşüb? Hansı əlaqələr olub? Nə müzakirə edilib? Hansı maraqlar qorunub? Bu münasibətlərin arxasında nə dayanıb?

Bu suallar isə illərdir cavabsızdır.

Nə adı çəkilən şəxslər danışır. Nə rəsmi qurumlar açıqlama verir. Nə də ictimaiyyətə aydın izah təqdim olunur.

Susqunluq hökm sürür.

Amma tarix göstərir ki, susqunluq həmişə həqiqəti gizlədə bilmir. Gec-tez faktlar üzə çıxır. Gec-tez sənədlər açılır. Gec-tez kölgədə qalan münasibətlər ifşa olunur.

Ekspertlərin fikrincə, Epşteyn işi tək bir şəxsin cinayəti deyil. Bu, böyük siyasi, maliyyə və lobbi sisteminin bir hissəsidir. Bu sistemdə müxtəlif ölkələrdən olan nüfuzlu şəxslər yer alıb. Bu baxımdan Azərbaycanın da müəyyən səviyyədə bu əlaqələrin kənarında qalmaması ehtimalı real görünür.

Hazırkı sənədlər bunu tam sübut etmir. Amma inkar da etmir. Sadəcə yarımçıq danışır. Və bu yarımçıq danışıq ən təhlükəli vəziyyətdir.

Çünki yarımçıq həqiqət şayiələr yaradır. Şayiələr isə inamsızlıq doğurur. İnamsızlıq isə cəmiyyətlə hakimiyyət arasında uçurum yaradır.

Bu gün ortaya çıxan mənzərə budur: Azərbaycanla bağlı açıq hökm yoxdur. Amma qaranlıq suallar çoxdur. Adlar var. İzlər var. Kölgələr var.

Bu dosye hələ bağlanmayıb.

Bu hekayə bitməyib.

Və görünən odur ki, Epşteyn sənədlərinin Azərbaycanla bağlı səhifələri hələ tam oxunmayıb.

Məsələnin aktuallığını nəzərə alıb Ağ Partiya sədri Tural Abbaslının rəyini öyrəndik.

Tural Abbaslı

Partiya sədrinin sözlərinə görə, Epşteyn sənədlərində Azərbaycanın adı konqresmenlərin Bakıya səfərləri ilə əlaqəli şəkildə hallanır.

“Belə ki, səhv etmirəmsə. Ceffri Epşteynin qardaşı Mark Epşteyn təşkilatlardan birinin idarə heyətinin üzvü olub. O da bu prosesi təşkil edir və bildirir ki, konqresmenlərdən yalnız biri Bakıya getməkdən imtina etməyib. Bununla əlaqədar olaraq Ceffri Epşteynin qardaşı Mark onunla əlaqə saxlayır və səfər planında dəyişiklik edilməsi, alternativ olaraq digər konqresmenlərin və ya ictimai tanınmış şəxslərin dəvət olunması imkanlarını müzakirə edib.

Ümumi baxımdan götürdükdə, sənədlərdəki bəzi ifadələr göstərir ki, bu səfərlər bəzi şəxslər üçün maddi baxımdan gəlirli və əyləncəli xarakter daşıyıb. Bu isə, təbii ki, hər hansı bir dövlət üçün ürəkaçan hal deyil. Burada müəyyən işarələr var ki, konqresmenlərə və ya senatorlara hansısa maliyyə ödənişləri edilib, onlar üçün əyləncə proqramları təşkil olunub və s. Lakin ümumi mənada bu məsələ Ceffri Epşteynin adası ilə bağlı məlum çirkin və qanunsuz fəaliyyətlərlə birbaşa əlaqəli deyil. Daha çox siyasi xarakter daşıyır və Epşteynin siyasi əlaqələrindən istifadə edilərək Azərbaycana gələn konqresmenlərdən birinin səfərinin təşkili ilə bağlıdır.

Bunun ciddi siyasi əhəmiyyət kəsb etdiyinə inanmıram. Bu məsələnin Azərbaycan–Amerika münasibətlərinə və ya Azərbaycanın beynəlxalq aləmdəki imicinə ciddi təsir göstərəcəyini düşünmürəm”.

Partiya sədri bildirib ki, nəzərə alsaq ki, təxminən 3 milyona yaxın sənəd, 180 min fotoşəkil və 2 mindən artıq video material mövcuddur və mən də vaxtaşırı bu araşdırmalarla tanış oluram, orada bir çox şəxslərin adlarının hallandığını görmək mümkündür:

“Bu baxımdan, ümumilikdə, həmin materialların Azərbaycanın imicinə nə ciddi müsbət, nə də ciddi mənfi təsir göstərəcəyini düşünmürəm.

Daxili qınaq məsələsi isə ola bilər. Məsələn, Ziya Məmmədov və ya təşkilatçılardan biri kimi deputat Jalə xanımın burada nə günahı var? Onlar sadəcə gəlib görüşüblər, konqresmenlərlə görüşlər keçiriblər. Lakin Ziya Məmmədov barəsində müəyyən tənqidlər səslənə bilər ki, kimlə, necə və hansı formada bu prosesləri təşkil edib. Eyni zamanda, Epşteynlə əlaqəli təşkilatların fəaliyyəti fonunda Ziya Məmmədovun və onun ailə üzvlərinin bu məsələlərin mahiyyətini dərindən anlamadıqları da məlumdur. Onların daha çox maliyyə təminatı verib texniki təşkilati məsələlərlə məşğul olduqları ehtimal olunur. Yəni əsasən pul verib tədbirlərin təşkilini sifariş ediblər. Bu səbəbdən, daxili qınaqdan başqa, məsələnin xüsusi olaraq böyük bir təsir doğuracağını düşünmürəm. Həmin qınaq da əsasən təşkilatçılara, xüsusilə Ziya Məmmədova aiddir. Kimləri, harada və hansı formada dəvət etmək məsələsində yol verilən səhvlər ola bilər, lakin bunun genişmiqyaslı siyasi nəticələrə səbəb olacağına inanmıram”.

Tunar

NOCOMMENT.az