Amerikalı maliyyəçi Ceffri Epsteynə kömək etməkdə günahlandırılan Qisleyn Maksvell digər məhbuslardan ölüm təhdidi aldıqdan sonra başqa həbsxanaya köçürülüb. Onu satqın hesab edirdilər.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
“Qatillər onu “satqın” olduğu üçün ölüm təhdidləri ilə hədələdikdən sonra Maksvell gecə yarısı başqa həbsxanaya köçürülüb”, – məqalədə bildirilib.
Maksvellə qarşı təhdidlərin onun müstəntiqlərlə danışdıqdan və onların yeni suallarını cavablandırmasından sonra başlandığı qeyd olunur.