“Ər-arvad etibarnaməsiz maşın sürə bilərmi?”backend

“Ər-arvad etibarnaməsiz maşın sürə bilərmi?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət öncə Azərbaycanda ər və ya arvaddan birinə məxsus avtomobilin digəri tərəfindən etibarnamə olmadan idarə edilməsi ilə bağlı fikir ayrılığı yaranmışdı.

NOCOMMENT “Qafqazinfo”nun məlumatına görə bildirir ki, məsələ ilə bağlı ekspertlər bildirirdi ki, nikah şəhadətnaməsi ər-arvadın bir-birinin adına olan avtomobili idarə etməsi üçün kifayətdir və buna görə yol polisi cərimə yaza bilməz.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi Araz Əsgərli isə bildirirdi ki, polis Ailə və ya Mülki Məcəlləsi ilə deyil, yol hərəkəti haqqında qanunauyğun şəkildə müvafiq durumda cərimə protokolu yazmaq hüququna malikdir.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Qanunvericilik Baş İdarəsindən bildirildi ki, İnzibati xətalar Məcəlləsinin 1.3-cü maddəsinə görə inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir: “Eyni zamanda həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyət müəyyən edilib”.