Ər arvadını öldürdü, oğlunu bıçaqladıbackend

Ər arvadını öldürdü, oğlunu bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 18-də saat 15 radələrində Xırdalan şəhəri ərazisindəki Quşçuluq yaşayış massivində 1959-cu il təvəllüdlü Ağaməhəmməd Əhmədovun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı arvadı 1963-cü il təvəllüdlü Bəsti Əhmədovanı öldürməsi, oğlu 1985-ci il təvəllüdlü Taleh Əhmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, 29, 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb.

Abşeron Rayon Prokurorluğunun NOCOMMENT.az-a daxil olan məlumatında bildirilib ki, A.Əhmədov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi həyata keçirilir.