Ər-Riyadda Rusiya-ABŞ danışıqlarının mövzularından biri məlum olubbackend

Ər-Riyadda Rusiya-ABŞ danışıqlarının mövzularından biri məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sanksiyaların ləğvi Rusiya və ABŞ arasında Ər-Riyadda keçiriləcək danışıqların mövzularından birinə çevrilə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yüksək rütbəli diplomatlara yaxın olan adı açıqlanmayan rusiyalı alimə istinadən yazıb.

Xüsusən də görüş zamanı yüksək rütbəli məmurlara və bir sıra iri biznesmenlərə qarşı sanksiyaların ləğvi müzakirə oluna bilər. Bundan əlavə, mümkün müzakirə mövzusu enerji sektorunda bəzi məhdudiyyətlərin aradan qaldırılmasıdır.

Rusiya prezidenti Vladimir Putin çox güman ki, Rusiya qoşunlarının irəliləyişini dayandırmaq üçün lazım olan kompromis çərçivəsində sanksiyaların ləğvini nəzərdən keçirəcək. Bu, “təşəbbüsün indi Rusiyanın tərəfində olması” ilə izah olunur.

Bundan əvvəl Ər-Riyada səfər edən Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriev sanksiyaların yumşaldılmasının danışıqlarda əsas mövzu olacağı barədə xəbərləri təkzib edib.