Əraqçi: ABŞ ilə danışıqlarda əvvəlki raundla müqayisədə ciddi irəliləyiş varbackend

Əraqçi: ABŞ ilə danışıqlarda əvvəlki raundla müqayisədə ciddi irəliləyiş var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri ABŞ ilə aparılan danışıqlarda əvvəlki mərhələ ilə müqayisədə mühüm irəliləyiş əldə olunduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, nazirin sözlərinə görə, tərəflər mümkün razılaşmanın mətninin hazırlanması üçün əsas olacaq bir sıra prinsipial məsələlər üzrə razılığa gəliblər.

“Biz bir sıra rəhbər prinsipləri razılaşdırdıq və onların əsasında mümkün sazişin mətnini hazırlayacağıq”, – deyə İran XİN rəhbəri qeyd edib.

Əraqçi əlavə edib ki, bu, yaxın zamanda razılaşmanın əldə olunacağı anlamına gəlmir.

“Bu, tezliklə razılaşmaya gələcəyimiz demək deyil, lakin yol artıq başlayıb. Mətnin hazırlanması mərhələsinə keçəndə iş daha da mürəkkəbləşir”, – deyə o vurğulayıb.

Sara