Ərdoğan 2028-ci ildə siyasətdən gedir: Türkiyənin yeni prezidenti kim olacaq?backend

Ərdoğan 2028-ci ildə siyasətdən gedir: Türkiyənin yeni prezidenti kim olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 71 yaşı var və ölkə qanunvericiliyinə əsasən, 2028-ci ildə keçiriləcək növbəti prezident seçkilərində onun namizədliyini irəli sürməsi mümkün görünmür. Ərdoğan özü də dəfələrlə bunun onun prezident kimi sonuncu müddəti olduğunu bəyan edib. Bu isə Türkiyədə “Ərdoğandan sonra kim prezident olacaq?” sualını aktuallaşdırır.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən politoloq Faiq Ələkbərli bildirib ki, mövcud qanunlara görə Rəcəb Tayyib Ərdoğanın növbəti prezident seçkilərində iştirakı real görünmür:

“Ən azı indiki hüquqi çərçivədə Ərdoğanın namizədliyi mümkün olmayacaq. Bu səbəbdən Türkiyədə yeni lider axtarışları artıq gündəmdədir.”

Rusiya və Ukrayna arasında gizli danışıqlar başlayıb? - Zelenskinin sülh açıqlamasının PƏRDƏARXASI | KONKRET

Politoloqun sözlərinə görə, əsas müzakirə olunan namizədlər müxalifət və hakimiyyət düşərgəsində fərqli fiqurlardır. Ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında (CHP) hazırda Əkrəm İmamoğlunun namizədliyi daha çox ön plana çıxır. Bununla yanaşı, Mənsur Yavaş və CHP sədri Özgür Özəl də potensial iddiaçılar sırasındadır.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) daxilində isə son dövrlər xarici işlər naziri Hakan Fidanın adı daha çox çəkilir:

“Çox güman ki, AKP məhz Hakan Fidanın namizədliyini dəstəkləyə bilər. Bununla yanaşı, Rəcəb Tayyib Ərdoğanın sürpriz bir namizəd irəli sürməsi ehtimalı da istisna olunmur”, – deyə F.Ələkbərli vurğulayıb.

Ekspert əlavə edib ki, siyasi proseslər fonunda yeni liderlərin meydana çıxması mümkündür və bu baxımdan Sinan Oğanın da namizədliyini irəli sürməsi gözləniləndir.

Beləliklə, Türkiyədə 2028-ci il prezident seçkilərinə doğru gedən proseslər fonunda həm hakimiyyət, həm də müxalifət düşərgəsində ciddi siyasi rəqabətin formalaşacağı istisna edilmir. /KONKRET.az/