Ərdoğan ABŞ-ı terrorçulara dəstək verməkdə ittiham edibbackend

Ərdoğan ABŞ-ı terrorçulara dəstək verməkdə ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı Suriyada terrorçulara dəstək verməkdə ittiham edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Newsweek məlumat yayıb.

Onun sözlərinə görə, Suriyadakı münaqişədən ən çox Türkiyə əziyyət çəkir. Ərdoğan ABŞ-ın Suriya kürdlərini deyil, terrorçuları dəstəklədiyini vurğulayıb. O, kürdlərə dəstək verənin Türkiyə olduğunu vurğulayıb.

Prezident qeyd edib ki, Kürdüstan Fəhlə Partiyası (PKK) xüsusilə kürdləri təqib edən Suriya Demokratik Qüvvələrinin (SDQ) pərdəsi altında bölgədə terror fəaliyyətləri həyata keçirir.

Onun sözlərinə görə, bütün münaqişələrin həlli Suriyada ərazi bütövlüyünə əsaslanan yeni sosial birləşmədir.