Ərdoğan açıqlamışdı, Rusiya nöqtə qoydu: Müzakirə edilmirbackend

Ərdoğan açıqlamışdı, Rusiya nöqtə qoydu: Müzakirə edilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya dövlət silah ixracatı agentliyi “Rosoboroneksport”un prezidenti Aleksandr Mixeyev Türkiyəyə əlavə “S-400” hava müdafiə sistemlərinin tədarükü üçün aparılan danışıqlar davam edir.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, o, iki ölkə arasında məsələ ilə əlaqədar danışıqların dayandırılmasına dair iddiaya aydınlıq gətirib.

“S-400-lərin tədarükündə fasilənin verilməsi müzakirə mövzusu deyil”, – deyə Mixeyev bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan və müdafiə naziri Hulusi Akar bundan əvvəlki açıqlamalarında “S-400”-lərin ikinci partiyasının göndərilməsinin reallaşa biləcəyini və bu yöndə danışıqların davam etdiyini bildirmişdilər.

Türkiyə Rusiyadan dörd “S-400” sistemini 2.5 milyard dollara satın alıb.