Ərdoğan Albayrağın yerinə onu təyin etdibackend

Ərdoğan Albayrağın yerinə onu təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin keçmiş xəzinədarlıq və maliyyə naziri Bərat Albayraq Varlıq Fondundakı vəzifəsindən də istefa verib.

NOCOMMENT xəbər verir ki, bununla bağlı Türkiyə Prezident administrasiyasından məlumat verilib.

Açıqlamada vəzifələrindən istefa verən Bərat Albayraq və Arda Ərmutun Türkiyə Varlıq Fondunun idarə heyəti üzvlüklərinin başa çatdığı bildirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Varlıq Fondunun idarə heyəti üzvlüyünə Əhməd Burak Dağlıoğlunu təyin edib.

Qeyd edək ki, Türkiyə Varlıq Fondu Türkiyə hökuməti tərəfindən ölkənin aşağı əmanət faizlərini artırmaq və inkişaf etməkdə olan ölkələrdə tez-tez rast gәlinәn investisiya azlığının qarşısını almaq məqsədilə 2016-cı ildə yaradılıb.