Ərdoğan Azərbaycanla Anlaşma Memorandumunu təsdiqləyibbackend

Ərdoğan Azərbaycanla Anlaşma Memorandumunu təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, dövlət başçısının sərəncamı “Rəsmi qəzet”də dərc olunub.

Qeyd edək ki, iki ölkə arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu ötən ilin dekabrında imzalanıb.