Ərdoğan Azərbaycanla imzalanan yeni müqavilədən danışdıbackend

Ərdoğan Azərbaycanla imzalanan yeni müqavilədən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanla imzalanan yeni qaz müqavilsi barədə danışıb.

NOCOMMENT.az xəbər verir ki, qardaş ölkənin lideri Türkiyənin enerji təhlükəsizliyinin təmin edildiyini deyib: “Ciddi tədbirlər görmüşük. Bundan sonrakı prosesdə də görəcəyik. Azərbaycanla imzalanan anlaşmaların hamısı ehtiyat tədbiridir. Rusiya ilə müqavilələrimiz çox həssasdır. Bu həssaslığımızı davam etdiririk. Rusiya ilə, İranla, Azərbaycanla imzalanan belə anlaşmalar bizim böhranlar yaşamayacağımıza işarədir. Sadəcə İngiltərə deyil, bir çox Qərb ölkələrində problemlər davam edir. Bizim indi belə bir problemimiz yoxdur”.

Qeyd edək ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz Azərbaycanla Türkiyənin yeni təbii qaz müqaviləsi imzaladığını açıqlayıb.
Publika.az