Ərdoğan Baydenlə Qafqazı müzakirə edəcəkbackend

Ərdoğan Baydenlə Qafqazı müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənab Ərdoğanla cənab Baydenin görüşündə Türkiyə və Amerika əlaqələri başda olmaqla, bir sıra məsələlər müzakirə olunacaq”.

NOCMMENT.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Romada “CNN-Türk”ün suallarını cavablandırarkən deyib.

Görüşün Romada keçirilmə ehtimalının da olduğunu deyən sözcü əsas müzakirə mövzularını da açıqlayıb:

“Bu, çox vacib bir görüşdür. Müzakirə olunacaq bir çox qlobal mövzular var. Əfqanıstan, Liviya, Suriya, Qafqaz, müdafiə sənayesi və digər bir çox mövzularda liderlərimizin fikir mübadiləsi gözlənilir”.

İ.Kalın, səfər çərçivəsində Türkiyə Prezidentinin Fransa, Avropa İttifaqı Şurası prezidentləri, İtaliya və Hollandiyanın baş nazirləri ilə ikitərəfli görüşlərinin də nəzərdə tutulduğunu deyib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Romada keçirilən 16-cı G-20 sammitində iştirak etmək üçün dünən İtaliyaya səfər edib. O, sammitdən sonra noyabrın 1-2-də 26-cı Birləşmiş Millətlər İqlim Dəyişikliyi Konfransında (COP26) iştirak etmək üçün Şotlandiyanın Qlazqo şəhərinə gedəcək.