Ərdoğan Bərzani ilə görüşdübackend

Ərdoğan Bərzani ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürd Regional Muxtariyyətinin rəhbəri Neçirvan Bərzanini Prezident Sarayında qəbul edib.

NOCOMMENT.az Globalinfo.az-a istinadən xəbər verir ki, görüşdə Türkiyə ilə İraq və kürd muxtariyyəti arasında əlaqələr, regional proseslər və qarşılıqlı əməkdaşlıq sahələri müzakirə edilib.

Həmçinin, hər iki tərəfin maraqları çərçivəsində siyasi, iqtisadi və təhlükəsizlik mövzuları ilə bağlı fikir mübadiləsi aparılıb.