Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenskini Rusiya və Ukrayna arasında təmasları asanlaşdırmağa hazır olduğuna əmin edib.
NOCOMMENT.az bildirir ki, TASS Türkiyə liderinin ofisinə istinadən xəbər verir.
“Prezidentimiz Ukrayna-Rusiya müharibəsinin ədalətli həllinin mümkün olduğunu, iki tərəf arasında danışıqların davam etdirilməli olduğunu və Türkiyənin yüksək səviyyəli təmasları asanlaşdırmaq üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu bəyan edib”, – kansler qeyd edib.
Telefon danışığı zamanı Türkiyə və Ukrayna liderləri ikitərəfli münasibətləri, Ukrayna ilə Rusiya arasında sülh prosesini, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər. Türkiyə prezidenti həmçinin bildirib ki, Ankara “sülh bərqərar olduqdan sonra Ukraynanın təhlükəsizliyinə töhfə verməkdə davam edəcək”.
Avqustun 12-də Ərdoğan Zelenskiyə Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün işçi qrupları yaratmağı tövsiyə edib.