Ərdoğan: Bu tarixdə Qaziantep və Kahramanmaraşda ilk kənd evləri təhvil veriləcəkbackend

Ərdoğan: Bu tarixdə Qaziantep və Kahramanmaraşda ilk kənd evləri təhvil veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsindəki daimi iqamətgahların 1 il ərzində təhvil veriləcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, o, İlk kənd evlərinin Ramazan bayramında Qaziantep Nurdağı və Kahramanmaraş Türkoğlunda təhvil veriləcəyini açıqlayıb.

Prezident Kahramanmaraş mərkəzli zəlzələlərdə bələdiyyələr, axtarış-xilasetmə qrupları və zəlzələ qurbanları ilə görüşdüyü iftar proqramında bu barədə danışıb.

“Bu il zəlzələ fəlakətinə görə kədərli bir Ramazan keçiririk. Amma siz bu kədərdə boş durmadınız, hamınız ilk andan orda yerinizi aldınız.” deyə Ərdoğan qeyd edib.

NOCOMMENT.AZ