Prezident Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının keçirildiyi Nyu Yorkda Cənubi Afrika Respublikasının Prezidenti Ramafosa ilə görüşüb.
NOCOMMENT.az xəbər verir ki,Ərdoğan, Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasında iştirak etmək üçün getdiyi Nyu-Yorkda onun sıx qrafiki davam edir.
Yığıncaqda Türkiyə və Güney Afrika arasında ikitərəfli və çoxtərəfli səviyyələrdə mövcud güclü əlaqələrin daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar, iki ölkəni maraqlandıran regional və qlobal məsələlər müzakirə edilib.