Ərdoğan cümə namazını Ayasofyada qıldıbackend

Ərdoğan cümə namazını Ayasofyada qıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yenidən qurulan Ayasofya Fateh mədrəsəsinin açılışına qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazını Ayasofya məscidində qılıb.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, açılışdan əvvəl cümə namazı üçün Ayasofyaya gedən Ərdoğan vətəndaşlar tərəfindən maraqla qarşılanıb.

Ona səslənən iki qadın vətəndaşı geri çevirməyən Ərdoğan onları dinləyib.

Məscidə daxil olan prezident cümə namazını qıldıqdan sonra açılış mərasimində iştirak etmək üçün Ayasofya Fateh mədrəsəsinə gedib.