Ərdoğan Hakan Fidanı təltif etdibackend

Ərdoğan Hakan Fidanı təltif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğan MİT-dəki vəzifələrinə görə xarici işlər naziri Hakan Fidana “Dövlətdə üstün xidmət medalı” təqdim edib. 

NOCOMMENT.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurası (MGK) Prezident Külliyesində toplanıb.

Ərdoğan görüşdən əvvəl 13 il MİT-in müşavir köməkçisi, müşaviri, prezidenti və prezidentin xüsusi nümayəndəsi vəzifələrində çalışmış Xarici İşlər Naziri Hakan Fidana “Dövlətdə üstün xidmət medalı” təqdim edib.

Medalı Rəcəb Tayyib Ərdoğan təqdim edib.

“Mənimlə birlikdə xidmət edərkən Liviyada, Qarabağda, Suriyada, İraqda sizin əmrlərinizi yerinə yetirmək üçün şəhid olmuş dostlarımın adından bu medalı alıram”, – deyə Hakan Fidan qeyd edib.

Prezident Ərdoğan da “Rəbbim məkanlarını cənnət eləsin” deyə bildirib.

NOCOMMENT.AZ