Ərdoğan hakimə edilən hücumu qınadıbackend

Ərdoğan hakimə edilən hücumu qınadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu axşam oynanılan MKE Ankaragücü-Çaykur Rizespor matçından sonra baş hakim Halil Umut Melərə edilən hücumu qınayır, ona tezliklə şəfa diləyirəm”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Tvitter hesabında yazıb.

“İdman sülh və qardaşlıq deməkdir. İdman zorakılıqla bir araya sığmır. Türkiyə idmanında şiddətin olmasına heç vaxt icazə verməyəcəyik”, – deyə o əlavə edib. 

Xatırladaq ki, “Ankaragücü” Klubunun prezidenti Faruk Koca Super Liqanın 15-ci həftəsində 1:1 hesablı heç-heçə etdikləri “Rizespor” matçından sonra hakim Halil Umut Melərə hücum edib.