Prezident Rəcəb Tayyib Ərdoğan yol qəzası keçirən müğənni İbrahim Tatlısəsə telefonla zəng edib.
NOCOMMENT.az xəbər verir ki, türk mətbuatının yaydığı məlumata görə prezident sənətçiyə və digər yaralılara tezliklə sağalmalarını arzulayıb.
Qeyd edək ki, bu gün sənətçinin olduğu avtomobil Muğlanın Bodrum ilçəsində qəzaya düşüb. Hadisə zamanı avtomobildə Tatlısəslə yanaşı qızı da olub.