Ərdoğan illər sonra Əsədlə danışa bilər – Putin təklif edibbackend

Ərdoğan illər sonra Əsədlə danışa bilər – Putin təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya dövlət başçısı Bəşər Əsəd arasında telefon danışığı ola bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

İki lider sonuncu dəfə 2011-ci ildə təmas qurub. Telefon danışığı ilə bağlı müzakirələr Ərdoğanın Soçidə Rusiya lideri Vladimir Putinlə görüşündən sonra başlayıb.

Görüşdən sonra Türkiyə Prezidenti jurnalistlərə bildirib ki, rusiyalı həmkarı ona Suriyadakı problemləri Bəşər Əsəd rejimi ilə əməkdaşlıq edərək “həll etmək yolunu seçməyi” təklif edib.

Nəşrin məlumatına görə, Ankara hesab edir ki, Türkiyə və Suriya prezidentləri arasında şəxsi görüşün keçirilməsi hələ tezdir, ona görə də onlar telefon danışığı ilə başlaya bilərlər.
modern