Ərdoğan İspaniyanın baş naziri ilə telefonla danışıbbackend

Ərdoğan İspaniyanın baş naziri ilə telefonla danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançes ilə telefon danışığı apardı.

NOCOMMENT.az xəbər verir ki, görüşdə İsrailin fələstinlilərə qarşı hücumları, humanitar yardımların Qəzzaya fasiləsiz çatması üçün atılacaq addımlar, daimi atəşkəs və daimi sülh üçün səylər müzakirə edilib.

Prezident Ərdoğan Türkiyənin bölgədə daimi sülhün təmin edilməsi və regional sülh üçün İspaniya ilə birlikdə işləmək üçün qarant kimi hər cür məsuliyyəti üzərinə götürməyə hazır olduğunu bildirib.