Ərdoğan: “İsrail zorakılığı silah embarqosu ilə dayandırıla bilər”backend

Ərdoğan: “İsrail zorakılığı silah embarqosu ilə dayandırıla bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin zorakı hərəkətləri silah embarqosu tətbiq etməklə dayandırıla bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib.

“İsraili dayandırmaq, körpələri, uşaqları, anaları və ataları öldürməsinə mane olmaq üçün biz silahlara girişin qarşısını almalıyıq”, – deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti qeyd edib ki, ABŞ və Almaniya da daxil olmaqla bir çox dövlətlər İsraili dəstəkləyir və onu silahla təmin edir.

O, BMT-də İsrailə silah embarqosu tətbiq etmək təşəbbüsündən də danışıb. Ərdoğanın sözlərinə görə, bunu dəstəkləyən ölkələrin sayı getdikcə artır.

Bundan əvvəl Türkiyə prezidenti Yaxın Şərqdə sülhə nail olmaq və Qəzza zolağında soyqırıma son qoymaq adı ilə İsrailə təzyiq göstərməyə çağırıb.