Ərdoğan: İsrailə borcu olanlar sərbəst danışa bilməzbackend

Ərdoğan: İsrailə borcu olanlar sərbəst danışa bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail-Fələstin müharibəsini borcluluq psixologiyası ilə qiymətləndirmək olmaz. Mən sərbəst danışıram, İsrailə borcumuz yoxdur. Amma borcu olanlar sərbəst danışa bilməz”.

NOCOMMENT.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şolz ilə birgə mətbuat konfransında deyib.

Prezident Ərdoğanın açıqlamalarından diqqət çəkən məqamlar belədir:

“Mən aydın və yığcam danışmağı xoşlayıram, ona görə də belə danışacağam. Çünki 7 oktyabr tarixi bir başlanğıc kimi qələmə verilir. 7 oktyabrdan sonrakı dövr ümumiyyətlə müzakirə olunmur.

İndiyədək 13 min fələstinli uşaq, qadın və qoca öldürülüb. Artıq Qəzza deyilən yer demək olar ki, yoxdur, hər şey dağıdılıb.

Onlar indi yatırlar, qalxırlar, HƏMAS, HƏMAS, HƏMAS… HƏMAS-ın silah və qüdrətini İsrailin silah və gücü ilə müqayisə etmək olarmı? İsrailin hazırda nüvə silahı varmı? Var, amma bunu İsraildən soruşsan, “var” deməyəcəklər. Çünki yalandan çox yaxşı istifadə edirlər”.