Ərdoğan Kılıçdaroğlunu MƏHKƏMƏYƏ VERDİbackend

Ərdoğan Kılıçdaroğlunu MƏHKƏMƏYƏ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun partiyasının qrup toplantısında söylədiyi sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ona qarşı 500 min lirəlik təzminat davası açıb.

NOCOMMENT.az “TRT Haber”ə istinadla xəbər verir ki, iddia ilə əlaqədar Türkiyə liderinin vəkili Hüseyn Aydın Ankara Ədalət Məhkəməsinə müraciət edib.

Vəsadət ərizəsində Kılıçdaroğlunun Ərdoğanın şəxsi hüquqlarını qeyri-mütənasib və qeyri-real ittihamlarla pozduğu, şəxsi hüquqlarına təcavüz etmək niyyəti ilə ciddi təhqirlərə yol verdiyi qeyd edilib.

Bu ifadələrə görə Kılıçdaroğluya qarşı 500 min lirəlik mənəvi təzminat iddiası qaldırılıb.
Publika.az