“Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyimiz daimidir”.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krım Platforması Liderlər Zirvəsinə video müraciətində bildirib.
“Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir”- deyə Türkiyə lideri vurğulayıb.