Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Küveytin yeni əmiri Şeyx Məşəl ilə telefon danışığı aparıb.
NOCOMMENT.az xəbər verir ki, Ünsiyyət Rəyasət Heyətindən verilən məlumata görə, görüşdə prezident Ərdoğan Küveyt Dövlətinin Əmiri Şeyx Nəvafın vəfatından kədərləndiyini bildirib və yeni əmir Şeyx Məşələ başsağlığı verib.
Görüşdə Türkiyə-Küveyt münasibətləri, qlobal və regional məsələlər müzakirə edilib.
Prezident Ərdoğan həmçinin Şeyx Məşələ yeni vəzifəsində uğurlar arzulayıb.