Ərdoğan Makronla Qarabağı müzakirə edəcəkbackend

Ərdoğan Makronla Qarabağı müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron NATO-nin iyunun 14-də Brüsseldə keçiriləcək sammiti ərəfəsində Qarabağ, Suriya və Livanda yaranmış vəziyyəti müzakirə etmək niyyətindədir.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Fransa rəhbəri Parisdə keçirdiyi mətbuat konfransında bildirib.

“NATO sammiti ərəfəsində Türkiyə Prezidenti ilə birbaşa görüşüm olacaq. Bu, bir sıra mövzularda fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir”, – deyə Makron bildirib. “Bizim dərin fərqlərimiz var, bunları bilirik, amma inanıram ki, dialoq aparmaq lazımdır”, – deyə Fransa rəhbəri bildirib.

O, qeyd edib ki, türkiyəli həmkarı ilə Azərbaycanla Ermənistan arasındakı münasibətlər, Suriyada, Liviyada yaranmış vəziyyət barədə danışmaq istəyir. Makron həmçinin NATO-dakı əməkdaşlıq və müttəfiqlər arasındakı münasibətlərdə davranış qaydalarını müzakirə etmək niyyətində olduğunu xəbər verib.