Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan və Özbəkistan prezidentləri ilə telefon danışığı aparıb.
NOCOMMENT.az xəbər verir ki, Ərdoğan qazax həmkarı Kasım-Jomart Tokayevlə ikitərəfli strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi perspektivlərini və dövlət başçılarının ötənilki qarşılıqlı səfərləri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə edib.
Ərdoğan iyulun 9-da keçiriləcək prezident seçkilərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə uğurlar arzulayıb, həmçinin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasının tez bir zamanda keçirilməsini arzuladığını bildirib.