“İsrailin faşist düşərgələrini stadionlarda izlədik, elə deyilmi? Bu nə işdir? Hitlerdən danışırlar. Sizin Hitlerdən nə fərqiniz var? Məzlumun yanında duran səs müsəlman türkünün səsidir”.
NOCOMMENT.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan TÜBİTAK və TÜBA-nın 100-cü ildönümü münasibəti ilə Elm Mükafatları Mərasimindəki çıxışında aralarında uşaqların da olduğu yüzlərlə fələstinlinin açıq şəkildə soyularaq futbol stadionunda növbəyə düzülməsinə reaksiya verib.
Türkiyə Prezidenti BMT Təhlükəsizlik Şurasından tutmuş mətbuat təşkilatlarına, AB-dən jurnalist təşkilatlarına qədər demokratiyanın elçisi kimi fəaliyyət göstərən bütün qurumların iflasa uğradığını ifadə edib.