Ərdoğan müalicə alan xəstələri ziyarət etdibackend

Ərdoğan müalicə alan xəstələri ziyarət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğan Kocaeli Şəhər Xəstəxanasında müalicə alan xəstələrə baş çəkərək şəfa diləyib.

NOCOMMENT.az xəbər verir ki, Ərdoğan Kocaeli Şəhər Xəstəxanasının kollektiv açılış mərasimindən sonra xəstəxanaya baş çəkərək tamamlanmış digər layihələrlə tanış olub.

Sosial media hesabında Kocaeliyə təşəkkürünü bildirən Ərdoğan, “Adı böyük, ürəyi uca; təbiətin və tarixin şəhəri olan Kocaelinin bütün gözəl insanlarına salamlarımı çatdırıram” deyə qeyd edib.

NOCOMMENT.AZ