Ərdoğan NATO Baş katibi ilə Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti müzakirə edəcəkbackend

Ərdoğan NATO Baş katibi ilə Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi (25 Noyabr – Qeyd) Ankaraya səfəri zamanı NATO-nun Baş katibi Mark Rütte ilə Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti müzakirə edəcək.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Reuters” Türkiyə rəsmisinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, danışıqlar zamanı Ərdoğan və Rütte həmçinin NATO müttəfiqləri arasında müdafiə satınalmalarına maneələrin aradan qaldırılmasını, hərbi alyansın terrora qarşı birgə mübarizəsi müzakirə edəcəklər.