Ərdoğan NATO-nun baş katibi Stoltenberqlə danışdıbackend

Ərdoğan NATO-nun baş katibi Stoltenberqlə danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.

NOCOMMENT.az xəbər verir ki, danışıq zamanı Finlandiya və İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı inkişaflar müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Finlandiyanın bu prosesdə tutduğu rəftarla İsveçdən müsbət şəkildə fərqləndiyini ifadə edərək, Finlandiyanın NATO-ya üzvlük Protokolunun Türkiyə Böyük Millət Məclisində təsdiqi prosesinə başlamağı qərara aldıqlarını bildirib.

Prezident Ərdoğan İsveçlə danışıqları xoş niyyətlə davam etdirmək istədiyini, prosesin necə gedəcəyi isə İsveçin atacağı konkret addımlarla birbaşa bağlı olacağını qeyd edib.