Prezident Rəcəb Tayyib Ərdoğan işgüzar səfərdə olduğu Naxçıvanı tərk edib.
NOCOMMENT.az xəbər verir ki, Prezident İlham Əliyevin dəvəti ilə Naxçıvana bir günlük işgüzar səfərə gələn prezident Ərdoğan Əliyevlə təkbətək görüşündən sonra İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin Təməlqoyma Mərasimində iştirak edib.
Ərdoğan iki ölkə arasında müxtəlif sahələrdə müqavilələrin imzalanması və birgə mətbuat konfransından sonra Naxçıvan Təmir-İstehsalat Hərbi Kompleksinin Açılış Mərasimində iştirak edib.
Prezident Ərdoğan təmaslarından sonra Naxçıvan Hava Limanına gedib.
Əliyev və digər rəsmi şəxslər Ərdoğanı hava limanından yola salıblar.