İğdır-Naxçıvan təbii qaz kəmərinin inşası bitdikdən sonra Naxçıvanın illik 500 milyon kubmetrlik qaz ehtiyacı artıq Türkiyə vasitəsilə qarşılanacaq.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
O qeyd edib ki, Türkiyə enerji sahəsində Azərbaycan, İran, Gürcüstan, ABŞ və digər ölkələrlə sıx əməkdaşlıq edir.